Prezident İlham Əliyev ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossruku qəbul edib

Prezident İlham Əliyev ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossruku qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanda parlament seçkiləri üzrə ATƏT-in müşahidəçi missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti və seçki kampaniyasının aparılması ilə bağlı məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə