Azər Həsrət: “Xalqla hakimiyyət arasında qarşılıqlı inam yüksək səviyyədədir” AÇIQLAMA
Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən siyasi şərhçi Azər Həsrət deyib ki, Azərbaycanla bağlı belə rəqəmlərin ortaya çıxması təsadüfi deyil: “Bu ölkədə hər kəsin şəxsən cənab Prezidentə böyük etimad göstərdiyi bilinən gerçəkdir. Əslində, ilk rəqəm 100 faiz də ola bilərdi. Məhz cənab Prezidentin nüfuzuna görə. Sadəcə olaraq sorğuda iştirak edənlərin bir qismi yerlərdə bəzi balaca məmurların uyğunsuz davranışlarından əsəbləşərək hökumətə etibar məsələsində çəkingən davranıb. Ümumiyyətlə isə, belə bir sorğu aparılmadan da hər kəs bilir ki, Azərbaycanda xalqla dövlət-hakimiyyət arasında qarşılıqlı inam, etimad çox yüksək səviyyədədir. Bunun da səbəbi, bir daha qeyd edirəm cənab Prezidentin şəxsinə olan inam və etibardır”.
Qeyd edək ki, araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB