Dəmiryolçuların peşə bayramı münasibəti ilə Gəncədə də tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər bu sahədə çalışan işçiləri təbrik edib, ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi dəmiryolu sahəsinin ikişafında da göstərdiyi xidmətlərindən danışıblar.
Qeyd edək ki, peşə bayramı münasibəti ilə prezident İlham Əliyev tərəfindən mükafatlandırılan dəmiryolçular arasında Gəncədən olan Mehidi Hüseyn oğlu Əlyarovda var. O, "Tərəqqi" medalı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB