Novruz Məmmədov BMT-ni tənqid etdi

Novruz Məmmədov BMT-ni tənqid etdi

"Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, İttifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə onların arxasınca sürünürlər”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Facebook” səhifəsində yazıb.

"İntellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir”, - deyə o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə