Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini üç istiqamətdə atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 12-də saat 10.30-dan 10.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.05-dən 20.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 13-də isə saat 00.15-dan 00.30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB