“Ölkə başçısının hərbi hissələrdə olması əsgərlərimizə böyük ruh verir” AÇIQLAMA
“Azərbaycan Prezidentinin bölgələrə səfərləri məhsuldar və mühüm nəticələrə malik səfərlərdir. Çünki dövlət başçısı bu səfərlər çərçivəsində müxtəlif sahələri əhatə edən obyektlərin açılışında iştirak edir, bölgə vətəndaşları ilə görüşür. Məhz bu səfərlərin nəticəsidir ki, artıq bütün bölgələrimizin infrastrukturu dəyişib, yeni yaşayış massivləri tikilir, abadlıq işləri görülür”. Bunu SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.
Azərbaycan Prezidentinin ötən gün cəbhəyanı bölgə olan Tərtərə səfərini xatırladan deputat söyləyib ki, ölkə başçı orada məcburi köçkünlər üçün tikilən mənzillərlə tanış olmaqla yanaşı, "N" saylı hərbi hissədə olub və bir sıra obyektlərin açılışlarında iştirak edib:
“Ölkə başçısının hərbi hissələrdə olması əsgərlərimiz də böyük ruh verir. Dövlət başçısı ötən gün həmçinin Ağcabədi və Sabirabadda da müxtəlif açılışlara qatılıb. Bildiyiniz kimi təmas xəttinin bir hissəsi də Ağcabədidən keçir. Bütün bunlar ölkəmizin uğuru, ölkə rəhbərinin apardığı məqsədyönlü siyasətin nəticələridir. Bu eyni zamanda "xalq-Prezident" birliyinin təcəssümüdür”.
E.Məmmədov qeyd edib ki, prezident İlham Əliyevin regionlara səfərinin məqsədlərindən biri ölkəmizdə həyata keçirilən regionların inkişafı ilə bağlı Dövlət Proqramlarının icrasını diqqət mərkəzində saxlamaqdır: “Ölkə başçısı hər səfərində bu proqramların necə icra olunmasını yoxlayır və işlərin necə getdiyinə nəzarət edir. Burada yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilat rəhbərlərinin məsuliyyətinin artırılması da xüsusi önəm daşıyır. Hesab edirəm ki, hər kəs bu səfərlərdən nümunə götürməli, tapşırıqların yerinə yetirilməsində daha məsuliyyətli olmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB