Ermənistan parlamentində Avrasiya İqtisadi İttifaqından çıxmaq tələbi ŞƏRH
Və ya Serj Sarkisyan rejimi Brüssel sammitindən sonra Moskvanın sərt təzyiqləri ilə üz-üzə qalmaq ərəfəsindədir
Ermənistanın Brüsseldə Avropa İttifaqına assosiativ üzv yazılmasının ardınca, ölkədə anti-Rusiya çağırışlarına start verilib. Belə ki, ölkə parlamentinin iclasında Ermənistanın rəsmi Moskvanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqından çıxması tələbləri səslənib. SİA xəbər verir ki, bu barədə "lragir.am" saytı "news.am"A (Novosti Armenii) istinadən yazır. Qeyd olunur ki, ölkənin Avrasiya İqtisadi İttifaqına daxil olmasınnın ardınca baş vermiş neqativ olaylar Ermənistanın bu qurumdan çıxması ilə nəticəsini tapmalıdır. Hətta bu məsələ ilə bağlı parlamentin 27 noyabr iclasında dinləmələr keçirilib.
Edmon Marukyan: "Respublikada bir sıra istiqamətlərdə, o cümlədən, iqtisadiyyat sahəsində ciddi deqradasiya baş verib"
"Ermənistanın Avtasiya İttifaqından denonsassiyası (qurumu tək etməsi) prosesinə başlanması tələbi parlamentin "Çıxmaq" blokunun fraksiya üzvü, "İşıqlı Ermənistan" partiyasının sədri, deputat Edmon Marukyan tərəfindən bəyan edilib"-deyə erməni media qurumu yazır. SİTAT: "Onun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqında olduğu müddətdə respublikada bir sıra istiqamətlərdə, o cümlədən, iqtisadiyyat sahəsində ciddi deqradasiya baş verib."
Əlbəttə ki, erməni deputatlar Ermənistanın təhlükəsizlik məsələsinin də iflasa uğradığını deyərək, istər dolayı, istərsə də birbaşa rəsmi Moskvanı ittiham ediblər. Həmçinin, Ermənistanın bu qurumda olmasının 3 illik müddətində ÜDM-in dollarla müqayisədə 8% azalması bildirilib. Misal üçün, Marukyan deyib ki, qeyd edilənlərlə yanaşı, əhalinin məşğulluq səviyyəsi 13, beynəlxalq ehtiyatlar 40 % azalıb, dövlət borcu isə 10% artıb.
Politoloq Armen Qriqoryan: "Avropanın siyasi-iqtisadi dəyərləri real şəkildə tətbiq edilərsə, islahatlara başlanılarsa, mövcud siyasi sistem buna dözməyəcək"
Bütün bunlara baxmayaraq, artıq bir sıra erməni politoloqları iddia edirlər ki, Ermənistan Avrasiya İttifaqından çıxmaqla, uzun müddət bu ölkəyə müxtəlif sahələrdə yardımlar etmiş Rusiyanın sərt təzyiqləri ilə üz-üzə qalacaqlar.
Digər tərəfdən, Serj Sarkisyanın Avropa İttifaqına assosiativ üzv yazılması sevinci uzun sürməyə bilər. Məsələn, erməni politoloqu Armen Qriqoryan hesab edir ki, "Avropanın siyasi-iqtisadi dəyərləri real şəkildə tətbiq edilərsə, islahatlara başlanılarsa, mövcud siyasi sistem buna dözməyəcək".
Beləliklə, fakt budur ki, Ermənistanın mövcud vəziyyəti yenə də dalana dirənmiş haldadır. Çünki bu dəfə Sarkisyan rejimi ölkəsinin forpost rolu aldığı Rusiya qarşısında çıxış yolu tapa bilməyəcək. İstər iqtisadiyyat, istər sosial, istərsə də hərbi baxımdan iflasa uğramış Ermənistanı ayağa qaldırmaq üçün Avropanın da müsbət addımlar atacağını hesab etmək olmaz. Çünki ən azından ictimai rəy elə Avropa məkanında aparıcı dövlətlərin iqtisadi böhranla üz-üzə qalmalarına baxmayaraq, Avropa İttifaqının sadəcə seyrci mövqedə qaldığının şahidi olub. Belə olan halda Ermənistanın vəziyyətinin daha nə qədər ağırşalacağını bəri başdan təsəvvürə gətirmək olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB