Naxçıvan Qarnizonunun qoşunlarında komanda-qərargah hərb oyunlarının II mərhələsi başlayıb
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin cəlb edildiyi komanda-qərargah hərb oyunlarının birinci-hazırlıq mərhələsi Naxçıvan Qarnizonunun qoşunlarında başa çatdırlıb, ikinci mərhələyə start verilib.
Naxcivantv.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun, birbaşa və əməliyyat tabeliyində olan birləşmə və hissələrin qərargahlarında komanda-qərargah hərb oyunlarına hazırlıq planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib.
Zabitlərin, qərargahların və ümumilikdə qoşunların hərb oyununda iştirakının yüksək səviyyədə təşkil edilməsi məqsədilə müxtəlif kateqoriyadan olan zabitlərlə toplantı və mühazirələr, eləcə də qoşunların idarə olunmasında komandir heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün radio məşqlər keçirilib.
Yeni istismara verilmiş Təlim-Tədris Mərkəzinin Hərb Oyunları Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilərək fəaliyyətlərin nəticələri təhlil edilib.
Qeyd edək ki, komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.
Nəriman Nəcəfov
NTV Xəbər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB