Milli Məclis ayın 14-də toplaşacaq

Milli Məclis ayın 14-də toplaşacaq

Milli Məclisin növbəti plenar iclası noyabrın 14-də keçiriləcək. SİA-nın xəbərinə görə, iclasının gündəliyinə 30 məsələ daxildir. Bunlar Vergi, İnzibati Xətalar, Cinayət, Mülki məcəllələrə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında”, “Prokurorluq haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişikliklər və sair məsələlərdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə