Millət vəkili: “BTQ Azərbaycanın yüksək nüfuzunun göstəricisidir” AÇIQLAMA
“Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin baş tutması Azərbaycanın yüksək nüfuzunun göstəricisidir. Təşəbbüs etmək hələ həmin təşəbbüsün həyata keçməsi demək deyil. Azərbaycan Şərqdən gələn yüklərin ölkəmizin ərazisindən keçməklə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya keçməsində əlaqələndirici halqa olmaq təşəbbüsünü irəli sürdü”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, qısa bir zaman ərzində bu dəmiryolu xətti işə salınmaqla Şərqdən gələn yüklər Qərbə 10-12 gün ərzində çatır: “Əvvəlki dövrdə ənənəvi yollarla isə bu, 40-45 günə qədər çatırdı. Şübhəsiz ki, malların və xidmətlərin qiyməti artırdı. Azərbaycanın təşəbbüsü sayəsində biznes sahəsində bir canlanma, yenilənmə meydana gəlir. Hesab edirəm ki, bu layihənin üzvü olan ölkələrin hər biri bu məsələdə kifayət qədər böyük gəlirlər əldə edirlər. Eyni zamanda iqtisadi sahədə əməkdaşlıq dövlətlərin siyasi cəhətcə də yaxınlaşmasına, mehriban qonşuluq siyasəti etməsinə və problemləri dinc, siyasi yollarla həll etməsinə səbəb olur. Azərbaycanın təşəbbüsü regionda işgüzarlıq əhval-ruhiyyəsini artırır, eyni zamanda Azərbaycanı çox etibarlı bir tərəfdaş kimi dünyaya bir daha tanıdır. Bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi təkcə region üçün deyil, dünya üçün çox əhəmiyyətli bir hadisədir. Bunun özü göstərir ki, belə təşəbbüslərin sayı nə qədər çox olarsa, dünyada konfiliktlərin və qarşıdurmaların sayı da azalar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB