Cari ilin 30 oktyabr tarixində, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, Səfir Günay Əfəndiyeva və Səfir Elxan Poluxov, Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət edərək, həmin məktəbdə, məktəblilər arasında “18 oktyabr - Müstəqillik günü” münasibəti ilə keçirilmiş inşa müsabiqəsinin qaliblərini təltif ediblər.
Müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edilib, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə edilib.
Sonra, şagirdlər Azərbaycanla bağlı nitq söyləyərək mahnılar oxuyub müxtəlif şən səhnəciklər ifa ediblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB