Əli Kərimlinin Dağlıq Qarabağı güzəştə getməklə hakimiyyətə gəlmək istəyi qonşu dövlətlərin mətbuatının da diqqətini çəkib
Təəssüflər olsun ki, müasir dövrdə bir ölkənin siyasi meydanında ciddi fiqur olmayan, eyni zamanda, sosial-ictimai dəstəkdən məhrum olan bir "siyasətçi"nin hakimiyyətə gəlmək üçün xarici qüvvələr qarşısında öhdəlik götürməsi kimi hallara tez-tez rast gəlirik. Bu tip insanları yalnız şəxsi maraqları düşündürdüyünə görə, onlar üçün dövlət, xalq, milli maraqlar, ali dəyərlər və digər keyfiyyətlər heç bir əhəmiyyət kəsb etmir.
Bu gün Azərbaycanda da xarici qərəzli dairələrlə əməkdaşlıq etmək istəyən, yalnız şəxsi maraqlarını düşünən, dövlət, xalq, milli maraqlar, ali dəyərlər haqqında düşünməyən "siyasətçi" var. Onun Azərbaycan cəmiyyətində heç bir sosial dəstəyi yoxdur. Keçirilən bütün seçkilərdə o, yalnız məğlub olub. Bu səbəbdən də, partiya lideri hakimiyyətə gəlmək üçün xarici dairələrin dəstəyinə ümid bəsləyir. Həmin "siyasətçi" AXCP sədri Əli Kərimlidir.
KİV-in etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, Əli Kərimli Qərb dairələri ilə yaxından təmaslar qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışır.
Mənbə bildirir ki, o, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verib. Həmin dairələrin ölkəmizdə maraqlarının təmin olunacağını vəd edən Əli Kərimli Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb.
Göründüyü kimi, AXCP lideri hakimiyyət arzularının reallaşması üçün istənilən addıma, hətta, Azərbaycanın maraqlarını zərbə altına qoymağa belə hazırdır. Hazırki iqtidarın düşünülmüş və praqmatik siyasət yürütməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Bu tərəqqinin məntiqi yekunu olaraq, dövlətimizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənir, nailiyyətlərinə görə, dünyanın aparıcı ölkələri sırasına yüksəlir, paralel olaraq, insanların rifah halı yaxşılaşır. Maddi rifah halı yüksələn və azərbaycanlı olması ilə fəxr edən insanlarımızın iqtidara etimadı da məhz bu amillərdən irəli gəlir. Ona görə də, bu gün Azərbaycan o dövlətlərdən hesab olunur ki, xalq-iqtidar birliyi istənilən məsələdə özünü açıq şəkildə göstərir. Bu səbəbdən də, xarici qüvvələr Azərbaycanda istədikləri planı reallaşdıra bilmirlər.
Onlar Azərbaycanın daxilində özlərinə işləyə biləcək tərəfdaşlar axtarırlar. Heç də təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti dəfələrlə müxalifətin Dağlıq Qarabağ məsələsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun şahidi olub. Hətta erməni lobbisi ilə yaxın, onun maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat və AXCP-nin qəhrəmanlarına çevriliblər, onların dövlətimizə qarşı irəli sürdüyü iddialar müxalifət mətbuatı tərəfindən geniş işıqlandırılıb və bu işini indi də davam etdirir. Bu mənada, Azərbaycana qarşı fəaliyyət göstərən qərəzli xarici dairələr müxalifətin timsalında özünə tərəfdaş tapıb. Bu isə Azərbaycan cəmiyyətində rezonans doğurub. Artıq yerli mətbuat bu məsələ ilə bağlı ictimaiyyəti detallı olaraq, məlumatlandırır.
Amma Əli Kərimlinin Dağlıq Qarabağı güzəştə getməklə hakimiyyətə gəlmək istəyi qonşu dövlətlərin mətbuatının da diqqətini çəkib.
Qeyd edək ki, artıq Əli Kərimlinin Qərbin maraqlı siyasi qrupları ilə xəyanətkar sövdələşməyə getməsi haqqında Rusiya mətbuatı da yazmağa başlayıb. "Vestikavkaza.ru" saytında yerləşdirilmiş məqalədə bildirilir ki, Azərbaycan digər dövlətlərdən fərqli olaraq, proqnozlaşdırıla bilən xarici siyasət yürüdür, siyasi proseslərə praqmatik baxışı mövcuddur və özünün geoiqtisadi layihələrini düşünülmüş şəkildə reallaşdırır. Azərbaycan üçün yeganə həll olunmayan problem Dağlıq Qarabağ məsələsidir. Rusiyanın da güclü səylərinə baxmayaraq, görünür bu məsələdə staqnasiya müşahidə olunmaqdadır.
Digər tərəfdən, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq prosesinə start verərkən, Azərbaycanın mövqeyi o qədər açıq və müşahidə edilən oldu ki, Türkiyənin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan bu ölkəyə gəlməli olmuşdu. Belə bir vəziyyətdə Azərbaycanda parlament seçkiləri yaxınlaşır. Hakimiyyətə rəqib isə müxalifət partiya bloklarıdır. Müxalifət liderləri Əli Kərimli və İsa Qəmbər Azərbaycanda hakimiyyət uğrunda 17 ildir ki, mübarizə aparırlar. Azərbaycanın siyasi məkanındakı siyasi qüvvələr isə dəyişməz olaraq qalır.
Müxalifətin aktivləşməsi Azərbaycanın daxili və xarici siyasətinin tənqid edilməsi üzərində həyata keçirilir. Eyni zamanda, heç kəsə sirr deyil ki, müxalifətin aktivləşməsində Qərbin siyasi dairələri də müəyyən rol oynayır. Son bir neçə ay ərzində Qərb mətbuatında Azərbaycana qarşı materiallar da dərc edilib. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müstəqil mətbuat vasitələri də yazırlar ki, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə, rəsmi Bakının sərhəd məsələsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ortaya qoyduğu mövqedən geri çəkiləcəyini vəd edib. Müxalifət dairələrindən olan adı çəkilməyən mənbələrin məlumatına görə, bu cür sövdələşmə mümkün ola bilər. Yəni, Prezident İlham Əliyevlə siyasi mübarizənin perspektivsiz olduğunu anlayan Əli Kərimli qərəzli xarici dairələrə üz tutur.
Necə deyərlər, "məqsəd vasitələri əsaslandırar. Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin qarşısına qırmızı xətt çəkməsi, Qərbdə Azərbaycan Prezidentinə olan münasibəti formalaşdırdı: "Həqiqətən, ABŞ dövlət departamentinin rəhbəri Hillari Klintonun, daha sonra ABŞ prezidenti Barak Obamanın səylərinə baxmayaraq, normallaşma prosesi məqsədinə çatmadı".
Məqalədə bildirilir ki, son 17 il ərzində yalnız müxalifətdə yer almış Əli Kərimli məqsədinə çatmaq üçün hər şey etməyə qadirdir: "Açıq-aydın bəllidir ki, əgər Əli Kərimli hakimiyyətə gələrsə, onun Dağlıq Qarabağ münaqişəsində və sərhədlərin açılması məsələsində güzəştə getməsi perspektivləri daha genişdir".
Son olaraq, məqalədə vurğulanır ki, əgər müxalifət hakimiyyətə gələrsə, Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətindəki göstərilən istiqamətlərə münasibətdə prinsipiallıq nümayiş etdirməsi sonda xəyanətlə üzləşə və Qərbin ideyalarından doğan Kosovo ssenarisinə yaxınlaşma baş verə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB