Mərkəzi Seçki Komissiyası 283 nəfərin namizədliyini qeydə alıb

Mərkəzi Seçki Komissiyası 283 nəfərin namizədliyini qeydə alıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq Komissiyanın 1 Oktyabr 2010-cu il tarixli iclas protokolu təsdiq olunub.

 

Daha sonra "İnsan naminə" siyasi partiyalar blokunun 4 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb. İclasda parlamentə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Müraciətlərin bir qismi ortada mübahisə predmeti omadığı üçün əsassız hesab edilib. Müraciətlərin digər hissəsinin isə baxılmaq üçün dairə seçki komissiyalarına göndərilməsi qərara gəlinib.

 

Son məlumata görə, 125 seçki dairəsi üzrə 1378 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə isə iclasın sonunda MSK sədri Məzahir Pənahov məlumat verib. M.Pənahov namizədliyi təsdiqlənən şəxslərdən 1331 nəfərin dairə seçki komissiyalarından imza vərəqələri götürdüyünü deyib. O, qeyd edib ki, 550 nəfər imza vərəqələrini geri qaytarıb. Namizədliyi qeydə alınanların sayı isə 283 nəfərdir.

 

Seçkiləri müşahidə aparmaq istəyənlərini qeydiyyatının da davam etdiyini söyləyən MSK sədri indiyə kimi bütün ölkə ərazisində 905 nəfərin seçkiləri müşahidə aparmaq üçün müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını qeyd edib. M.Pənahov konkret seçki dairələrində müşahidə aparmaq üçün isə 2139 nəfərin qeydə alındığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə