Polşa XİN rəhbəri Azərbaycana səfər edəcək

Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski 18 oktyabr 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində nazir Vitold Vaşçikovskinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə