Deputat: “Hümanitar diqqət hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir”
“ABŞ-ın Helsinki Komissiyası oktyabrın 18-də "Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu" mövzusunda dinləmələr keçirəcək. Helsinki Komissiyası vaxtaşırı Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarıb. Amma nədənsə məsələnin əsl mahiyyətinə varılmır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması onların müzakirə obyektinə çevrilmir: “Hümanitar diqqət hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir. Növbəti dinləmələrin də bundan o tərəfə keçəcəyini gözləməyə dəyməz. Xaricdəki erməni diaspor təşkilatları bir qayda olaraq bu və ya digər bəhanə ilə xarici ölkələrdən Ermənistan üçün yardım almağa və yaxud da işğal olunmuş zonaya hüquqi status verməyə çağırırlar. Ancaq ötən dövr göstərir ki, onların bu cəhdlərinin sonu yoxdur. Problem kökündən həll edilməyib. Azərbaycan ərazi bütövlüyü təmin edilməyincə nə Ermənistan sakitlik tapacaq, nə də ki, işğal edilmiş zonada hər hansı bir hüquqi status almaq mümkün olacaq. Azərbaycan gec və ya tez öz torpaqlarına yenidən sahib çıxacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB