Parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 1353 nəfərə çatıb

Parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 1353 nəfərə çatıb
Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 1353 nəfərə çatıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu günə qədər 125 dairə üzrə 1353 nəfərin namizədliyi təsdiq edilib. 1302 nəfər imza vərəqi götürüb. 467 nəfər imza vərəqələrini və digər zəruri sənədləri DSK-lara təhvil verib. 113 seçki dairəsi üzrə 254 nəfərin namizədliyi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə