Azərbaycan və Ermənistan hərbi rəhbərliyinin görüşü baş tuta bilər

Azərbaycan və Ermənistan hərbi rəhbərliyinin görüşü baş tuta bilər

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. SİA-nın "Armenia Today" saytına istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri, eləcə də Ermənistan və Avropa Birliyi arasında müdafiə sahəsində islahatlarla bağlı mümkün əməkdaşlığa dair məsələlər müzakirə edilib.

 

Tərəflər Qarabağ münaqişəsi bölgəsində təmas xəttində atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onların fikrincə, bunun üçün snayper atəşi və təxribat fəaliyyətinə qadağa qoyulması, eləcə də beynəlxalq humanitar hüquq normalarına, o cümlədən, əsirlərin dəyişdirilməsinə əməl edilməsi vacib şərtlərdir.

 

Ermənistan müdafiə naziri yüksək səviyyəli hərbi rəhbərliyin o cümlədən təmas xəttində görüşlərinin, həmçinin militarist bəyanatların yığışdırılmasının tərəflər arasında qarşılıqlı etimadın formalaşmasına, həmçinin Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün daha möhkəm təməllərin yaranmasına yardım edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə