NATO baş katibi Anders Foq Rasmussen Gürcüstanın mütləq alyansa üzv olacağını söyləyib. SİA-nın məlumatına görə, Tbilisdə Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşən Rasmussen daha öncə bu haqda qəbul edilən qərarın heç bir şəkildə şübhə doğurmayacağını söyləyib.
Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Rasmussen 2008-ci ildə Rusiya ilə bu ölkə arasında imzalanan atəşkəs müqaviləsinə əməl edilməsini və işğal altındakı torpaqların boşaldılmasını istəyib.
NATO baş katibinin Tiflis səfəri çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüşü gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB