Zakir Qaralov: “Azərbaycan həkimlərinin orqan mafiyası ilə əlaqələri olarsa, həmin şəxslər məsuliyyətə cəlb ediləcək”

Zakir Qaralov: “Azərbaycan həkimlərinin orqan mafiyası ilə əlaqələri olarsa, həmin şəxslər məsuliyyətə cəlb ediləcək”
"İki gün əvvəl bizə Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən "qara transplantasiya" ilə bağlı müraciət daxil olub". Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib. "Qara transplantasiya" barəsində araşdırmaların aparıldığını deyən baş prokuror bildirib ki, Azərbaycan həkimlərinin orqan mafiyası ilə əlaqələri olarsa, həmin şəxslər məsuliyyətə cəlb ediləcək: "Ukrayna daxili işlər orqanları da Azərbaycan mətbuatına açıqlama verərək onların əlində insan orqanlarının "qara transplantasiyası" ilə bağlı əməliyyat məlumatlarının olduğunu bildiriblər. Biz qarşılıqlı hüquqi anlaşma əsasında Ukrayna tərəfi ilə birgə bu cinayət hadisəsi barədə mətbuatda yayılan informasiyalar ciddi araşdırılır. Məsələləri araşdıracağıq. Əgər Azərbaycan həkimlərinin bu cinayət hadisəsində əlaqəsi olarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. İki gün əvvəl Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən bizə müraciətlər daxil olub. Biz həmin müraciəti dəyərləndirəcəyik və müvafiq qərarlar qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə