Bu gün “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2018-2019-cu illər üçün əməkdaşlıq üzrə Tədbirlər Planı” imzalanıb. Sənədi hər iki ölkənin fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Rustam Curayev imzalayıblar. SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Sənəd Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının fövqəladə hallar naziri Rustam Curayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş çərçivəsində imzalanıb.
Görüşdə Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri Rustam Curayevin Azərbaycana ilk səfərinin fövqəladə hallarla mübarizə sahəsində ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan Kəmaləddin Heydərov baş verə biləcək fövqəladə hallarla mübarizə sahəsində Azərbaycanın və Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə və qarşılıqlı fəaliyyətinin mühüm rol oynayacağını vurğulayıb.
Rustam Curayev iki ölkənin aidiyyəti qurumları arasında mövcud əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib. Qonaq fövqəladə hallar sahəsində Azərbaycanın və Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə əməkdaşlığının perspektivlərindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB