Parlament seçkilərinə 192 nəfərin namizədliyi qeydə alınıb - SEÇKİ

Parlament seçkilərinə 192 nəfərin namizədliyi qeydə alınıb - SEÇKİ

Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il noyabrın 7-nə təyin edilmiş seçkilərdə 125 seçki dairəsi üzrə 1309 nəfərin namizədliyi təsdiq edilib. SİA-ya Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, onlardan 1248 nəfər imza vərəqələrini götürüb.

 

İmza vərəqi götürənlərdən 373-ü imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına təhvil verib. Məlumatda deyilir ki, 101 seçki dairəsi üzrə 192 nəfərin namizədliyi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə