Deputat: "Qərb hər kəsə qarşı eyni standartlardan çıxış etməlidir" AÇIQLAMA
“İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikli standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib”.
Onun sözlərinə görə, dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, işğalçı Ermənistan da daxil olmaqla separatçı rejimlərlə hər cür əlaqələri kəsməli, onların dəstəklənməsini dayandırmalıdır: “Dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməkdir.
Qərb də anlayır ki, Kataloniyada baş verənlər separatçılığa yol açan güclərin artıq aradan qaldırılmasının qaçınılmaz olduğunu ortaya qoyur. Buradan aydın olur ki, separatçı güclərdən heç kim sığortalanmayıb. Ona görə də fikrimcə, artıq bəzi beynəlxalq normalara yenidən baxılmalı, ərazi bütövlüyü və öz müqəddaratını təyin etmə məsələlərində hazırda mövcud olan ziddiyyətlər aradan qaldırılmalıdır.
Qərb demokratik dəyərlərə münasibətdə də, hər bir kəsə qarşı ikili standartlardan deyil, Avropa standartlarından çıxış etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB