Tahir Abbaslı: “Müxalifət nəinki xalq, hətta öz seçiciləri arasında inamı itirib”
"İndiki müxalifətlə seçkilərə bir yerdə gedib xalqın gözündən düşməkdənsə, seçkiyə getməmək yaxşıdır" fikrimin arxasındayam". SİA-ya açıqlamasında bu sözləri Azərbaycan İslam Demokrat Partiyasının (ADİP) sədri Tahir Abbaslı iki gün əvvəl Azadlıq radiosuna seçkilərdə müxalifətin iştirakı ilə bağlı dediklərinə münasibət bildirərkən söyləyib: "Mən dediyim sözlərimin sahibiyəm. Bir daha təkrar edirəm ki, özünə ana müxalifət adı verən partiyaların xalq arasında etimadının olmadığı bir vaxtda seçkiyə getmək düzgün deyil. Bu təkcə mənim deyil, islamçı demokratların fikridir. Vaxtilə biz islamçı demokrat olaraq müxalifətin xalqın içərisinə getməli olduğunu deyəndə bəzi dostlarımız ağız büzürdülər. Amma 2003-cü il prezident seçkisi ərəfəsində yaranan blokların fəaliyyətinə xitam verən ana müxalifətçilər indi nəinki xalq, hətta öz elektoratları arasında inamı itiriblər".
ADİP sədri hesab edir ki, müxalifətin xalqı öz tərəfinə çəkmək istəyi gecikmiş addımdır: "Təsadüfi deyil ki, partiya sədrlərindən biri bu günlərdə mətbuata açıqlamasında seçkiyə hər bir seçicinin çayını içmək şüarı ilə gedəcəklərini bəyan edib. Hesab edirəm ki, gecikmiş addımdır. Seçicinin çayını yalnız indi içməyə ehtiyac duyulduğunu dərk ediblər. Təbii ki, bizim xalqımız qonaqpərvərdir. Evə gələnə çay süzəcəklər. Amma mən o çayın təzə dəm olacağına inanmıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB