XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünə hörmətlə yanaşır

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Kataloniya bölgəsində keçirilən "müstəqillik referendumu"na münasibət bildirib.

SİA-nın sorğusuna cavab olaraq, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir: "Biz mövcud vəziyyətin İspaniyanın Konstitusiyası və qanunları əsasında, sülh yolu ilə həllinin tərəfdarıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə