Siyavuş Novruzov müxalifətə: “Bizim irəli sürdüyümüz namizədlərlə öz namizədinizi tərəzinin gözünə qoyun” - MÖVQE
Milli Məclisin bugünki iclasında iqtidar və müxalifət deputatları arasında mübahisə yaranıb. SİA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı müxalifət deputatlarının seçkilər prosesi ilə bağlı bildirdikləri narazılıqlara münasibət bildirən deputat Siyavuş Novruzov müxalifəti tənqid edib: "Müxalifət deyir ki, imza toplamağa problem yaradılır. Bu cür metodlarla, bu cür fikirlərlə, bu cür sözlərlə hara gedəcəksiniz? Lazımdır, imza toplamağa kömək edək. 450 imzadır, toplamağa nə var ki... İmza toplaya bilmirsinizsə, necə mübarizə aparacaqsınız? Bizim irəli sürdüyümüz namizədlərlə öz namizədinizi tərəzinin gözünə qoyun".
Tənqidlərə millət vəkili Fazil Mustafa da qoşulub. "Bəlkə prezidentdən xahiş edək, sizi "Əməkdar müxalifətçi" adı ilə təltif etsin. Özləri inhisardan danışırlar, ən böyük inhisar elə müxalifətdədir", - deyə o qeyd edib.
Məsələyə biganə qalmayan spiker Oqtay Əsədov bildirib ki, müxalifətçilər çıxışlarında, qəzetlərində xalqın seçdiyi parlament üzvünün ünvanına nalayiq ifadələr işlədir, onları mənəviyyatsız adlandırılır: "Bunu deyənlərin özləri mənəviyyatsızdır. Hər kəs öz fikrini söyləsin, amma təhqir etməsinlər".
Müsavatçı deputat İkram İsrafil isə müxalifətin ünvanına səslənən ittihamların yersiz olduğunu deyib. O, F. Mustafanın sözlərinə təsirlənərək onun fikirlərini cavabsiz qoymayıb. "Sözlərinizə fikir verin. Səsləndirdiyiniz fikirləri sizə yaraşdırmıram",- deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB