"Türkiyə dövləti buna öz reaksiyasını verəcək" AÇIQLAMA

"Türkiyə dövləti buna öz reaksiyasını verəcək" AÇIQLAMA

“Türkiyədən bir qrup ziyalının "Qərbi Ermənistan Konqresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər etməsi qınaq obyektinə çevrilməlidir”. Bu sözləri SİA–ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, amma burada qeyri-adi heç nə görmürəm. Çünki, Türkiyədə adını, soyadını dəyişdirmiş və özünü türk kimi təqdim edən milyonlarla erməni yaşayır. Bu səfərdə iştirak edənlər də belə ermənilərdəndir və məqsədləri Azərbaycanla Türkiyə arasında olan isti münasibətlərə soyuqluq gətirmək, Azərbaycan xalqına qıcıq yaratmaqdan ibarətdir. Biz Türkiyə hökumətinin bu işə reaksiya verməməsindən danışmaqdan əvvəl bir az səbrli olmalıyıq. Çünki Azərbaycan hər zaman Türkiyə hökuməti və xalqı üçün həssaslıq daşıyan bütün məsələlərdə öz dəstəyini əsirgəməyibdir. Türkiyə bu hadisəyə əminəm ki, laqeyd yanaşmayacaq və bu məsələ ilə bağlı araşdırma aparacaq, tezliklə öz reaksiyasını verəcəkdir”.

Millət vəkili qeyd edib ki, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və belə erməni satqınları, öz siyasi təxribatçı hərəkətləri ilə ölkələrimiz arasındakı yüksək dostluq münasibətlərinə heç vaxt xələl gətirə bilməzlər. Azərbaycan həmişə Türkuiyənin, Türkiyə də Azərbaycanın yanında olub və belə satqınların olmasına baxmayaraq bu həmişə də belə olacaqdır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə