Cinayət törədən şəxslər elektron nəzrətdə olacaq

Cinayət törədən şəxslər elektron nəzrətdə olacaq

“Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə, azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə sanksiyaların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrum etə ilə bağlı olmayan yeni növ cəzanın- azadlığın məhdudlaşıdırılması cəzasını Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik”. SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub: "Lakin bu tamamilə fərqli cəza növüdür. Cəza Cinayət Məcəlləsinə qəbul olunarkən şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonrada cəza effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni şəxslərə elektron nəzarət aparılacaq, azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini təmin edəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə