ABŞ prezidenti Donald Tramp İspaniyanın baş naziri Mariano Rajo ilə görüşündən sonra onun vəzifəsini səhv yazıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp baş naziri prezident kimi qeyd edib. Belə ki, şəxsi "tvitter" hesabında baş nazirlə görüşünü şərh edən Tramp bu sözləri yazıb: "İspaniya prezidenti Marianora Jonu qonaq qəbul etmək mənim üçün bir qürur idi. Mərhəmətsiz Şimali Koreya rejimini təcridetmə səylərimizə verdiyiniz dəstəyə görə təşəkkürlər".
Qeyd edək ki, Tramp Ağ Evdə təşkil edilən mətbuat konfransında da Rajoya "başçı" deyə xitab etmiş, bu vəziyyət medianın da diqqətini çəkmişdi. Tramp jurnalistlərin Rajoya "hörmətli baş nazir" olaraq xitab etməsinə baxmayaraq, "başçı" ifadəsinə düzəliş etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB