Al, bu da sənə “reytinq” KÖŞƏ

Al, bu da sənə “reytinq” KÖŞƏ

ATV telekanalının rəhbərliyinin ciddi faktlar qarşısında qalaraq fəaliyyətnə xitam verilməsi arxasında ciddi olayların dayanması şübhəsizdir. Xüsusilə, son dövrlərdə adıçəkilən telekanalda efirə gedən şou və s. xarakterli verlişlərdə ard-arda səhvlərin buraxılması, eləcə də ictimai rəyin qınaq hədəfinə çevrilməsi gözlənilən idi. Bir tərəfdən, Zaur Baxşəliyevin, başqa tərəfdən isə digər “şou-biznes” dəllallarının necə deyərlər, hərəsinin bir cür “at oynatmalarının” axrı da məhz belə olmalı idi. Ümumiyyətlə, ATV dedikdə biz oradakıların ucuz şou, ucuz reytinq savaşı apararaq hər cür fırıldaqlardan çıxdığını deyə bilərik. Şou biznes adamlarının bir-birinə qarşı işlətdikləri söyüşləri, həqarətləri hələ bundan sonra uzun müddət onları istəməyərək (!) izləmiş olan tamaşaçıların qulaqlarında cingildəyəcək.

Artıq, ATV dedikdə nəzərlərdə belə bir assosiasiya yaranmışdı - hər zaman eyni simalar, mahnılarından daha çox qalmaqalları, hətta məişət söz-söhbətləri ilə məşhur olan ara müğənnilərinin “mənəm-mənəm” davaları, “əjdahaların”, “primadonnaların”, “sənətkarların”, “ustadların” villa və maşın, trend və brend məhsullarını gözə “soxmaları”, daha nələr və nələr...

Halbuki, artıq bu gün rəhbərlikdə olmayan ATV rəhbərliyi və orada fəaliyyət göstərən departament rəhbərləri bir vacib xüsusiyyəti anlamağa məhkum idilər – bu televiziyaya yalnız Azərbaycanda baxılmır, peyk vasitəsi ilə bütün dünyaya yayımlanır! Demək ki, bunlar yalnız yerli deyil, elə xarici tamaşalıların da beyinlərinə öz ucuz şouları ilə təcavüz edirmilşlər...

Halbuki, maarifçilik və milli-mənəvi dəyərləri qorumaq, dövlətçilik maraqlarına qəlbən bağlı olmaq kimi vacib bir vəzifəni yerinə yetirməyə borclu olan ATV açıq qeybət məkanına, ya da bazara çevrilib öz qazanını doldurmaqla məşğul idi. Kimlərsə irad bildirirdisə, kimlərsə haqlı-ədalətli mövqe ortaya qoyurdusa, demək həmin aparıcı, jurnalist, operator və s. dərhal “düşmən” elan edilib çölə atılırdı. Çünki bunların bazar yayımlarına ciddi maneələr yaradırdı haqqı-ədaləti tələb edənlər. ATV sanki “torpa tikmək” məkanına çevrilmişdi bir sözlə...

Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, vəzifəsindən uzaqlaşdırılmış Vüqar Qaradağlı bir dəfə də televiziya rəhbərliyindən uzaqlaşdırılmışdı. “Lider” telekanalında da ATV-dəki vəziyyəti yaratmış naşı rəhbər bir müddət TV məkanında uzaq da qalmışdı. Hətta bir müddət dələduzluğa görə həbs yatmış sabiq deputata da müşavirlik etmişdi. Amma...

Amma sonradan yenə də TV rəhbərliyi və hazırkı mövcud nəticə! Misal üçün, MTRŞ bir müddət əvvəl ATV-yə bəzi xəbərdarlığını etmişdi. Fəqət, həmin xəbərdarlıqlar qulaqardına vurulmuşdu. Götürək, Turan İbrahimovu. Demək olar ki, siyasətdən, sosial-ictimai məsələlərdən peşəkarcasına xəbərdar olmayan birinin departamentə rəhbərlik etməsi ümumiyyətlə, məntiqsizliyin zəfəri idi. Dövlətin TV siyasətini sənmi müəyyənləşdirirsən? Axı adama deyərlər ki, dövlətin maraqlarına qarşı çıxmaqla kimin, hansı dairələrin sifarişlərini yerinə yetirmisən? Axı sənə nə “müstəqil Kürdüstandan”? Dövlətin tanınmış şəxslərinə qarşı dəqiq sübutlara əsaslanmayan, özbaşına fikirlər söyləyib reytinq qazanmaq istəyirdin? Buyur, bu da sənə “reytinq”!

Lakin biz də baş verən bu olayın ardınca inanırıq ki, ATV-nin təyin olunmuş yeni rəhbərliyi bu kanal ətrafında yaranmış ürəkbulandırıcı halların aradan qaldırılmasında var gücünü sərf edəəcək və tamaşaçı kütləsinə rentabelli, sağlam, baxımlı verilşlər təqdim edib, hər kəsi sevindirəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə