Dığırqarın uşaqlar yenə də iş başındadır KÖŞƏ

Dığırqarın uşaqlar yenə də iş başındadır KÖŞƏ

Oxuduqlarıma və eşitdiklərimə görə, insanın başına nə bəla, müsibət gəlirsə, dilinə yiyəlik edə bilməməsindən gəlir. Yəni bir də görürsən ki, kimsə dəxli olmayan məsələlərə müdaxilə edib, söz güləşdirir və ya filosoflardan, dahi şəxsiyyətlərdən sitatlar, aforizimlər misal gətirir.

Təbii ki, gözlənilməz qonağın nala-mıxa vuran sözlərindən, hərəkətlərindən əndişələnən, bəzi hallarda halı pərişan olan mövzunu ortaya atan şəxs bərk əsəbləşir. Ona qarşısındakını «əz, vur» deyən şeytanın fitnə-fəsadına uyaraq zor-zor işlərə əl atır. Sonra da el ağzı dilə gəlib, döyülüb-söyülənin yazığın, biçarənin biri olduğunu söyləyir. Amma demirlər ki, bu yazıq deyilən, əzilən şəxs niyə dilinə yiyəlik eləmir. O günləri saytlardan birində oxuyuram ki, Rəşad Dağlı adlı bir bədahətən hap-gop edən bir mütübü Masallıda toyların birində əməlli-başlı isladıblar. Nədi-nədi ağzından quş buraxıb. O qədər sərsəmləyib, o qədər sərhədləri keçib ki, ətrafda olanlar səbirsizlik göstərib, mütrüblər siyahısında adı olan bu meyxanaçını o ki var döyüblər. Bir qədər əvvəl də Ədalət adlı bir Şükürovun da toyların birində «ay gədə keçmə bizim məhlədən» dediyinə görə əngini vurub əzmişdilər.

Deyilənə görə, əvvələr ud ifaçısı olmuş Ədalət Şükürov uzun müddət müalicə olunub. Elariz Məmmədoğlunun dediyinə görə, ənginin əzilməsindən sonra Ədalət mütrüb toylarda oxuduğu mahnının sözlərinə fikir verməyə başlayıb. Döyülməkdən, təhqir olunmaqdan söz düşmüşkən bir qədər əvvəl görkəminə və formasından kultirisə oxşayan Vüqar Muradov orda-burda çox əngə verdiyi üçün Moskvaya toya dəvət adı ilə çağırıb, meşəyə aparıb əngini əzmişdilər. Bilmirəm o söhbətin axırı necə oldu, amma onu dəqiq bilirəm ki, bu Vüqar mütrüb də artıq dilinə yiyəlik etməyə başlayıb. Hərdən düşünürəm ki, bir gün kimsə əsəbləşib Elza Seyidcahanın da aşının suyunu verəcək. Əslinə qalsa Elza mütrübün çoxdan daşa, divara çevrilməli idi. Çünki bu mütrüb özü o yana dursun, başqalarını da öz «dərin dünya bilgilərinə» yoluxturmağa cəhd edir. Deyir ki, guya onun mədəni - müğənni faliyyəti dünya standartlarına söykənir. Kimsə bu fəaliyyət istiqamətindən bəhrələnsə, cibi pula, beynidə ki, az qala Beyonce kimi riqqətə gələr. Bu xanım mütrüb o günləri də 11 il birgə yaşadığı pişiyinin ölümündən o qədər kədərlənib ki, sosial şəbəkələrdə vay-şivən qurub, vaxsey-şaxsey də öz yerində. Utanıb-çəkinmədən iddia edib ki, pişişyi bir qədər də yaşasaydı ona dəm-dəsgahlı toy çaldıracaq idi ki, səs-sorağı Hollandiyaya qədər gedib çıxacaqdı. Amma ömür pişiyə vəfa etmədi. 11 illik dostunu, yoldaşını itirməyinə dözməyən Elza Seyidcahan qəmdən-qüssədən özünə qapanıb hücrəsinə çəkilib. Amma onu televiziyaların birində yayımlanan və zövqləri alt-üst etməyə hesablanan verilişdə münsiflər sırasında görüblər.

Mənə danışırlar ki, Elza mütrüb yenə də ənənəvi ampulasındadır. Yenə də öz bildiyini danışır. Misal üçün münsiflər qırmızı göstərəndə bu yaşıl, yaşıl göstərəndə isə qırmızı göstərir. Bir növ yenə də, fərqlənməyə çalışır. Hərdən fikirləşirəm ki, bu Elza mütrübün axırı necə olacaq? Sualın cavabını tapsam və ya onunla bağlı müsbətə doğru məlumat əldə edə bilsəm mütləq yazacam. Hələlik isə, onu deyim ki, şou aləmində vur-çatlasın, çal oynasındır. Kim-kimə gəldi söyür, kim kimə gəldi isə döyməyə çalışır. Dilinə yiyəlik etməmək də adi hala çevrilib. Vay belələrinin halına!

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə