Ukraynanın XİN başçısı Azərbaycana gələcək

Ukraynanın xarici işlər naziri Pavel Klimkinin oktyabrın 2-3-də Azərbaycana səfəri planlaşdırılır. SİA xəbər verir ki, səfər çərçivəsində P.Klimkinin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və regional, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə