"Allah eşqinə, savaşmağa son qoyun"

"Allah eşqinə, savaşmağa son qoyun"

Qazni şəhərində vali müavini və onunla yanaşı, 6 nəfərin öldüyü terror aktından sonra çıxış edən Kərzayi Əfqanıstan xalqını şiddətə son qoymağa çağırıb: "Övladlarımız bombalar və intihar hücumları səbəbilə məktəbə gedə bilmir. Müəllimlərimiz ölüm təhdidləri və toqquşmalar səbəbilə məktəbə gedə bilmir. Gənclərin ölkəni tərk etməkdən başqa çarəsi qalmayıb".

SİA-nın məlumatına görə, öz oğlunun da xaricə qaçaraq bir əcnəbiyə çevriləcəyindən qorxduğunu deyən prezident "Oğlumun bir əcnəbi olmasını istəmirəm. Allah eşqinə, savaşmağa son qoyun", deyə ağlayıb.

Əfqan xalqının 30 ildir savaşın pəncəsində qıvrandığını deyən Kərzayi NATO qüvvələrinin də 10 ildir toqquşmalara son qoya bilmədiklərini xatırladıb

Bütün xəbərlər Facebook səhifəmizdə