"Dövlət proqramı gənclərin idarəetmədə rolunu daha da artıracaq" MÜNASİBƏT
“Prezident İlham Əliyev tərəfindən təsdiqlənən, 2017-2021-ci illəri əhatə edən sənəd sayca artıq 3-cü dövlət proqramıdır. Sözügedən sənəd Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Rauf Əliyev deyib.
Yeni proqramın müasir dövrün tələblərinə cavab verdiyini deyən komitə üzvü söyləyib ki, tələbələrin xaricdə təhsil alması, onların müxtəlif təşkilatlarda, parlamentdə təmsil olunması, respublikamızda Gənclər Evlərinin tikilməsi, Gənclər Forumunun keçirilməsi kimi amillər yeni proqramın tərtib olunmasına gətirib çıxardı: “Azərbaycan prezidenti tərəfindən təsdiqlənən yeni proqram gələcəkdə gənclərə göstərilən qayğının daha da artırılmasına imkan verəcək. Yeni proqram gənclərin ölkəmizdə idarəetmədə rolunu daha da artıracaq”.
Deputat qeyd edib ki, yeni sənədə əsasən gənclərin maddi-texniki bazası daha da möhkəmlənəcək: “Proqrama əsasən gənclərlə bağlı tədbirlərin keçirilməsi üçün xüsusi maliyyə ayrılacaq. Bu baxımdan deyə bilərik ki, yeni dövlət proqramı gəncləri hərtərəfli əhatə etməklə yanaşı, hədəflərə çatmaq üçün bütün məsələləri özündə ehtiva edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB