YAP-dan 75 nəfərin Milli Məclisin deputatlığına namizədliyi qeydə alınıb
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin deputatlığına namizədləri imzatoplama kampaniyasını uğurla başa çatdırıblar. SİA-nın "yap.org.az" saytına istinadən verdiyi məlumata görə, partiyanın irəli sürülən namizədlərindən artıq 75 nəfəri Milli Məclisin deputatlığına namizəd kimi qeydə alınıb.
Qeyd edək ki, sentyabrın 18-də 114 nəfərin adı olduğu partiyanın vahid namizədlər siyahısı açıqlansa da, sonradan namizədlərin sayı 112-yə enib. YAP-ın namizədlər siyahısında 31 saylı Suraxanı seçki dairəsindən vahid namizəd kimi göstərilən Əhməd Vəliyev seçki dairəsini 107 saylı Qazax seçki dairəsi ilə dəyişib. 107 saylı seçki dairəsindən namizədliyi irəli sürülən Polad Ağakişiyev isə namizədliyini geri götürüb. Bu məlumatı 107 saylı Qazax seçki dairəsindən də təsdiqləyiblər. YAP-ın vahid namizədlər siyahısında 15 saylı Yasamal I seçki dairəsindən namizədliyi irəli sürülən Gülər Əhmədov sənədlərini oradan götürərək 34 saylı Xətai II seçki dairəsinə təqdim edib. 34 saylı Xətai II seçki dairəsindən namizədliyi irəli sürülən Nərminə Hacıyeva isə namizədliyini geri götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB