Məlum olduğu kimi Qazaxıstanda İran prezidenti Həsən Ruhani ilə görüşən Prezident İlham Əliyev Tehranda Rusiya-Azərbaycan-İran dövət başçılarının növbəti zirvə toplantısının keçirilməsini qərar alıbar. Regionun əsas güc sahiblərinin bir araya gəlməsi ilə bölgədə siyasi vəziyyət yenidən təhilil ediləcəyi şəksizdir. Rəsmi Bakı üçün bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mühüm əhəmiyyətə malikdir. Cənubi Qafqazda etimadın təmin edilməsi, regionda sülhün əldə olunması baxımından konfiliktin həlli qaçılmazdır.
Aydındır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanılması davam etdikcə təhükəsizliyin təminatından söhbət gedə bilməz. Odur ki, Qarabağ faktorunun diqqət mərkəzində olacağını indidən deyə bilərik. Əliyev-Putin-Ruhani danışıqları digər həlli vacib məsələlər baxımından da açar rolunu oynaya bilər. Artıq İran prezidenti gündəlikdə duran müzakirələrin anonsunu edib. Bəlli oldu ki, Tehranda Şimal-Cənub nəqliyyat dəhilizinin reallaşdırılması diqqət mərkəzində olacaq. Tehran zirvəsi Xəzərin statusu ilə bağlı da unikal fürsətdir. Hətta Ruhani Xəzərin statusunun müəyyənləşdirilməsinin yaxın zamanda reallaşacağına əmindir.
Bir sözlə Tehran danışıqları gələcək siyasi prosseslərin istiqaməti üçün yeni imkanlar deməkdir. İran danışıqlarını Bakının İrəvan üzərində növbəti diplomatik qələbəsi də adlandırmaq olar. Azərbaycan yenidən Ermənistanı mat vəziyyətinə salır.
Yuxarıda da qeyd etdiyim kimi Dağlıq Qarabağ ətrafında fikir mübadiləsinin aparılacağı qaçılmazdır ki, bu da işğalçının müzakirələrdən uzaqlaşdırılması deməkdir. Yəni münaqişə İrəvanın rəyi nəzərə alınmadan təhlil ediləcək ki, Azərbaycan növbəti dəfə Ermənistanın zəif bənd olmasını sübut edir. Sarkisyan rejimi üçün daha bir zərbə məhz Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasıdır. Məhz bu layihə İrəvanın Tehrandan israrla istədiyi dəmiryolu çəklişinə bir dəfəlik son qoya bilər. Tehran zirvəsi həm də Ermənistanın strateji müttəfiq adlandırdığı ökələrin İrəvana verdiyi dəyəri də sərgiləyir.
Bu gün Rusiya və ya İran Azərbaycanın geosiyasi baxımdan xüsusi çəkiyə malik olması ilə barışıb. Bakının maraqlarının təmin edilməsi ilə regionda yeni siyasi mənzərənin mövcudluğuna nail olmaq olar. Bu gün Ermənistandan fərqli olaraq Azərbaycanla hesablaşmaq şərtdir. Moskva və Tehran üçün təcrübə göstərib ki, gözləmə mövqeyində dayanmaq Bakını öz siyasi hədəflərindən yayındırmadı. İtiriləcək növbəti zaman kəsiyi isə Cənubi Qafqazı daha ağır nəticələrə sürükləyər. Söhbət Rusiya və İranın çəkindiyi Qərb faktorundan gedir. İndiki hada İrəvan bir daha seyirci mövqeyində qalıb. Artıq erməni mətbuatı da Tehran danışıqlarını Sarkiyan və onun cinayətkar komandasının növbəti məğlubiyyəti kimi dəyərləndirib.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB