Azərbaycan hakimiyyətinin humanizm və ədalət prisnsiplərinə, eləcə də insanlıq faktoruna verdiyi yüksək dəyərlər hər zaman özünü sübuta yetirib. Demək olar ki, hər il, hətta bir ildə iki dəfə ölkə rəhbəri tərəfindən verilən əfv sərəncamları bu günə qədər yüz minlərlə ailələrin qovuşmalarına, sevinclərinə səbəb olub. Bu barədə kifayət qədər faktlar, dəlillər və sübutlar mövcuddur. Kimliyindən, siyasi baxışından və s. amillərdən asılı olmayaraq cinayət törətmiş insanlar azadlıq sevincini dadıblar. Bu dəfə də belə oldu. Daha dəqiq desək, bu dəfə heç əfv fərmanı belə imzalanmadı, Prezident İlham Əliyev ona ünvanlanmış müraciətləri nəzərə alaraq şəxsi tövsiyəsi sayəsində hüquq-mühafizə, ədliyyə və prokurorluq orqanlarına tapşırıqlarını verdi, nəticədə həm həbs cəzası almış məhbuslar, həm də barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər bilavasitə dövlət başçımızın humanizm prinsiplərindən yararlanaraq azadlıqlarına qovuşmuş oldular. Onlar içərisində vergilərdən yayınma maddəsi ilə həbs edilən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Nardaran hadisələrində həbs edilmiş şəxslər, hətta işğal altında olan torpaqlarımıza qeyri-qanuni səfərlər edərək, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə iş aparmış bloger Aleksandr Lapşin də var. Fəqət, ortada başqa məsələ də var...
Yəni gəlin görək 25 ilə yaxındır ki, köhnə havalarını çalan və hər bir müsbət hadisəyə nırx qoyub qansoran qara ağcaqanadlartək zəhlə aparan psevdomüxalifətçilər hansı davranışlarını sərgiləyirlər? Misal üçün, özünü “müstəqil jurnalist” kimi qələmə verən “Xural”ın baş redaktoru Əvəz Zeynallı durub-durub özünü elə yekəxana, elə “mübariz şəxsiyyət” kimi aparıb ki, gəl görəsən! Məsələn, Mehman Əliyevin azadlığa çıxmasının ardınca vəcdə gələn bu meydan təfəkkürlü binəva və özündən başqa kimsəyə lazım olnayan adam feysbukda yazıb ki, “zəhmətimiz hədər getmədi”, ya da “digər siyasi məhbusların azadlığa çıxmaları üçün mübarizəmizi davam etdirəcəyik” filan-fülan...
Baxın, dövlət başçımız bu günə qədər bir sıra ölkə ziyalılarının, ictimai-siyasi adamlarının, həmçinin Əvəz Zeynallı istisna olmaqla tanınmış mətbuat nümayəndələrinin ünvanlanmış müraciətlərini nəzərə alıb (!-R.), Əvəz Zeynallı isə bütün bunları qoyub bir kənara və necə deyərlər, özünü zorla dürtüb ortaya. Demək, o boyda müraciət edən nüfuzlu şəxsləri də tapdayıb-keçərək, Mehman Əliyevin həbsdən çıxmasında yalnız öz “zəhmətini” qiymətləndirib (?!-R.) Belə yerdə deyərlər e, deməzsən ki, aldatdım?! Mən hələ Arif Hacılını, eyni zamanda “Mehman Əliyevin hüquqlarının müdafiəsi komitəsi” deyilən sadəlöhvlər yğınağını demirəm...
Demək, dövlət başçımız Onda mövcud olan ən yüksək humanizm dəyərlərini nümayiş etdirir, prokurorluq və s. strukturlara bənzər işləri ədalətli həll etmək tapşırığını verir, Əvəz Zeynallı tipli qara-qura ağcaqanadlar isə bütün bunlara nırx qoymağa cəhdlər göstərirlər.
Yeri gəlmişkən, görəsən Əvəz Zeynallı Mehman Əliyevin azadlığa buraxılmasının ardınca özü-özünə sual edibmi axı özünü yuyulmamış çömçə kimi ortaya atmaqla heç nəyə nail olmaq mümkün deyil? Bu adam düşünübmü ki, edilən çoxsaylı müraciətlərdən savayı, elə azadlığa çıxmasında “zəhmət” çəkdiyi Mehman Əliyevin özü də ölkə rəhbərinə müraciət edib? Axı nəyə görə, bu reallıqları zorla ictimai rəydən gizlətməyə çalışanlar bu qədər rəzilliklərə və rüsvayçılıqlara imza atırlar? Nə edəsən ki, utanmasan oynamağa nə var ki...
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB