Sabina Freyzer: “Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi sülh prosesini geriyə aparır”

Sabina Freyzer: “Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi sülh prosesini geriyə aparır”

"Dağlıq Qarabağ sülh prosesi ATƏT-in Minsk qrupu çərçivəsində qalmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Böhran Qrupunun Avropa proqramı üzrə direktoru Sabina Freyzer Ermənistanın "Jamanak" qəzetinə müsahibəsində deyib.

 

Minsk qrupunun münaqişəni həll etmək üçün göstərdiyi səylərin nəticəsiz qalmasına görə Azərbaycanın narahatlığını başa düşdüyünü deyən S.Freyzer bildirib ki, növbəti aylar ərzində problemin həllində nəzərəçarpacq dəyişikliklər Azərbaycanı mövqeyində də dəyişikliklər doğura bilər. Hal-hazırda danışıqlar masasında olan Madrid prinsiplərinin yenilənmiş variantına da toxunan Beynəlxaql Böhran Qrupunun Avropa proqramı üzrə direktoru qeyd edib ki, Ermənistanın bu prinsipləri qəbul etməməsi cidd problemdir: "Azərbaycan bu prinsipləri qəbul edir. Ermənistan isə bu prinsiplərə hələlik nə hə deyib, nə də yox. Bu isə öz növbəsində sülh prosesinin geriyə aparır".

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkenin münaqişənin həlli ilə bağlı son açıqlamasına toxunan S.Freyzer söyləyib ki, həmsədrin açıqlaması olduqca aydın deyil. Lakin o, bir məsələnin aydın olduğunu vurğulayıb: "Hər halda bu aydındır ki, Dağlıq Qarabağin ətrafında olan yeddi rayon Azərbaycana qaytarılmalıdır. Lakin o, demədi ki, Laçın koridorunun statusu müzakirə edilir, ya yox. Bir şey aydındır ki, yeddi rayon işğal olunub və onlar qaytarılan zaman status dəyişiklikləri Azərbaycanın nəzarətində olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə