Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub

Sentyabrın 27-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü keçirilib.

SİA-nın məlumatına görə, görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə