Prezident Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri üçün vəsait ayırıb

Prezident Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri üçün vəsait ayırıb

Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncama əsasən Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə