Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Özbəkistan Respublikasına rəsmi səfərə gedib. SİA-nın məlumatına görə, Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş "Daşkənd-2" hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Şavkat Mirziyayev və yüksək vəzifəli digər dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Daha sonra Özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevi iqamətgahın önündə qarşılayıb.

Prezidentlər iqamətgaha daxil olaraq, salonda dövlət bayraqları qarşısında xatirə şəkli çəkdiriblər.

Sonra dövlət başçıları iqamətgahın qarşısına gəliblər.

Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Prezidentlər hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin üzvlərini Prezident İslam Kərimova təqdim edib.

Prezident İslam Kərimov Özbəkistanda akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərini Prezident İlham Əliyevə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə