İşğalçıya yeri göstərildi
ATƏT–in Minsk qrupunun artıq keçmiş həmsədri olan Riçard Hoqlandın açıqlamaları Ermənistan diplomatiyasını “mat” vəziyyətinə qoyub. ABŞ diplomatının son fikirləri münaqişənin həlli istiqamətində aparılan danışıqların və nizamlanma prossesinin istiqamətini müəyyənləşdirmiş oldu. Belə nəticə çıxdı ki, sirr saxlanılan müzakirələr Madrid prinsiləri ətrafında davam edir. Bakı üçün bu prinsilər məqbul hesab edilir.
Xarici İşlər naziri Elmar Məmmədyarovun mətbuata söylədyi fikirlər Azərbaycanın təklif olunan elementlərlə razı olduğunu söyləməyə əsas verir. Münaqişəsinin sülh yolu ilə həllini öz üzərinə götürən Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Azərbaycan toraqlarının azad olunmasını qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasını əsas başlıca prinsip kimi götürüb.
Hoqlandın açıqlamalarında diqqət çəkən məqamlar arasında Ermənistan üçün Dağlıq Qarabağa dəhlizin yaradılması da var. Hoqlanda görə bu təmin edilməlidir. Amma İrəvan Laçın rayonuna tam yox qismən nəzarət edə bilər. Sonrakı mərhələ isə bəllidir. Azərbaycanlılar yaşadıqları ərazilərə qayıtdıqdan sonra Dağlıq Qarabağın gələcək statusu üçün növbəti diplomatik təmaslar davam etdirilməlidir. Ermənistanda ABŞ-lı həmsədrin açıqlamaları soyuq duş effekti yaradıb. Çıxılmaz vəziyyətdə qalan düşmən Hoqlandın fikirlərini yeni adlandırmamaqla kifayətlənib. İşğalçı ölkə danışıqların bu istiqamətdə getdiyini də etiraf etmiş olub.
Hoqlandın açıqlamalarına münaqişənın baş fiqurantı Rusiyanın səssiz qalması olduqca maraq doğurur. İllərdir bənzər fikirlərlə Serqey Lavrov və ya Mariya Zaxarova reaksiyasız qalmayıb. Moskvanın iki başlı diplomatik cavabları hər zaman düşüncələri qarışıdıb. Bu dəfə isə Kreml ənənəsini pozaraq sükutu seçib. Görünür Ermənistan üçün yolun sonu görünür. Əsas güc dövlətləri Azərbaycanın tələblərini heç bir ön şərt olmadan qəbul edir. İndi əsas məsələ İrəvanın danışıqlarda konkret addımlar atmasıdır. Yəni substantiv danışıqlara başlamaq mühüm amildir. Elə Məmmdəyarov da həmkarı Nalbadyanı substantiv danışıqlara dəvət edib.
Mövcud vəziyyətdə işğalçının imitasiya üçün bütün manevirləri tükənib. Həmsədrərin müzakirə etdiyi format artıq bəllidir. Ermənistanın istənilən qeyri-konstruktiv mövqeyi Bakının “B” planını işə salması üçün tam imkanlar yaradır. Bu da əsas oyunçulardan olan Rusiyanın maraqlarına cavab vermir. Moskva qalıcı sülhün təmin ediməsi ilə Cənubi Qafqazda müharibə ehtimalının tam şəkildə arxa plana atılmasına çalışır. Artıq kartlar açıq oynanmağa başlanıb. Azərbaycan dipomatiyasınn düzgün siyasi manevrləri münaqişənin əsas mahiyyəti-ərazi bütövüyü prinsipini qorumuş olub. Bakı İrəvanın öz müqəddəratını təyin etmə kimi absurd iddialarını tam neytrallaşdırıb.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB