"Prezidentin bölgələrə səfər etməsi regionların inkişafına göstərdiyi diqqətin nəticəsidir" AÇIQLAMA
“Azərbaycan prezidentinin regionlara səfər etməsi ölkəmizdə həyata keçirilən siyasətin bir hissəsidir. Bilirsiniz ki, ölkəmizdə 2004-cü ildən etibarən ardıcıl olaraq Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı həyata keçirilir. Məhz həmin proqramlar nəticəsində bütün bölgələrimiz inkişaf edir, müasirləşir, infrastrukturu yenilənir, yeni müəssisə və obyektlər tikilərək, fəaliyyətə başlayır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Ölkə başçısının regionlarımızın inkişafına xüsusi diqqət yetirdiyini deyən deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi nəinki paytaxtımızda eləcə də bütün bölgələrdə yaşayan insanların sosial rifah halının yaxşılaşdırılmasıdır.
R. Rzayev qeyd edib ki, görülən işlərin hər biri Azərbaycanın iqtisadi uğurlarına söykənərək həyata keçirilir: “Regionların inkişafı ilə bağlı sahibkarlara güzəştli kreditlərin verilməsini xüsusi vurğulamaq lazımdır. Ölkə başçısının həyata keçirdiyi sosial siyasətin nəticəsi kimi həm qeyri-neft, həm kənd təsərrüfatı, həm də turizm sektorunda mühüm inkişaf meyllərini görmək mümkündür. Regionlarımızın gündən-günə gözəlləşməsi sayəsində ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin regionlara səfəri və orada keçirdiyi müşavirələr tezliklə öz nəticəsini verəcək və növbəti illərdə Azərbaycan qeyri-neft sektorunda böyük ixrac potensialına malik bir ölkəyə çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB