Bu gün Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının fəalları Ramana qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova müəllimlər və əlillər iştirak ediblər.
İlk öncə YAP Sabunçu rayon təşkilatının sədri gənclərlə görüşüb və onların fikirlərini dinləyib.
Daha sonra tədbir Mərkəzin akt zalında davam etdirilib. Əvvəlcə YAP Sabunçu rayon təşkilatı fəalllarının hazırladığı videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova gələn qonaqları salamlayıb.
YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətindən söhbət açaraq bildirib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı dövlət proqramları qəbul olunub və onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə edilib.
Natiq gənclər siyasətinin bugün ölkə Prezidenti İlham Əliyevin fəaliyyətində uğurla davam etdirildiyini və yeni mərhələsini yaşadığını xüsusi vurğulayıb. Mədəniyyətlərarası dialoqun genişlənməsinə böyük töhfələr verən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bütün fəaliyyətinin məhz Azərbaycan mədəniyyətinin dünya tərəfindən tanıdılması aspektində gəncliyin rifahına istiqamətləndiyini, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycalı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın bugünki Azərbaycan gənclərinə örnək olduğunu nəzərə çatdıran natiq sonda Azərbayçan gənclərinə ölkəmizin inkişafı yolundakı fəaliyyətlərində uğurlar arzulayıb.
M.Abasquliyeva deyib ki, təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər Azərbaycanda, istər xaricdə xeyirxahlıq məbədi kimi tanınır və sevilir.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən məlum oldu ki, xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət onun fəaliyyətində prioritet olacaq.
Tədbir bəddi hissə ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB