“Türkiyə ilə Rusiya arasındakı siyasi - iqtisadi münasibətlər son vaxtlar ən yüksək mərhələdədir. Bu, həm Suriya böhranının nizamlanması istiqamətində eyni mövqedə olmasında və son 6 ayı ərzində Türkiyənin Rusiya ilə ticarət dövrüyyəsinin 30% dən çox armasında ozünü təsdiq edir. Türkiyə ilə Rusiya böyük güc mərkəzləridir. Bu iki ölkə arasında sıx münasibətərin inkişafı hər iki ölkə üçün böyük fayda verəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Türkiyə Avasiya İqtisadi İttifaqı ilə Gömrük sazişini bağlamaq niyyətində olduğunu açıqlayıb: “Bu, Türkiyəyə Avropa İttifaqı ilə iqtisadi əlaqlərini saxlamaqla Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yaradacaq. Amma Ermənistan Türkiyənin bu ittifaqa girməsinə öz etirazını bildirir. Ermənistan bildirir ki, Türkiyə Ermənistanı iqtisadi blokadaya aldığı halda Aİİ –na üzv olmağının ələyhinədir. Amma Ermənistan bir şeyi yaddan çıxarıb ki, onun fikri heç kimə maraqlı deyil. Çünki, Ermənistan sərbəst fikir yürüdən və nə isə bir şey tələb edə biləcək müstəqil ölkə deyil. Ermənistana nə deyilirsə onu icra edən ölkədir və düşünürəm ki, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə Gömrük sazişi bağlanmasında Ermənistan mane ola bilməz. Türkiyənin Ermənistan istisna olmaqla Avrasiya İqtisadi İttifaqına daxil olan digər ölkələri ilə çox sıx əlaqlələri var. Türkiyənin məhz bu ittifaqa gəlməsi burda təmsil olunan ölkələrin ürəyindəndir və onların iqtisadiyyatlarına öz müsbət təsirini göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB