Elşad Mirbəşiroğlu: “Assambleyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən fikirlər Azərbaycanın mövqeyinə pozitiv təsir göstərəcək” - MÜNASİBƏT
"Ümumiyyətlə, hər dəfə ali tribunalardan Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin qaldırılması, səslənməsi, beynəlxalq ictimaiyyətin daha aşkar reaksiyasına nail olunması baxımından olduqca önəmlidir". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, BMT Baş Assambleyasının bütün sessiyalarında həmin tribunadan Azərbaycan tərəfi, xüsusən də Preizdent İlham Əliyev Dağlq Qarbağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyi və istəklərini daim səsləndirib.
Onun sözlərinə görə, ölkə baçısının münaqişə ilə bağlı fikirlərini bir daha səsləndirməsi, xüsusilə də ABŞ prezidenti ilə nəzərdə tutulan görüş əsnasında Dağlıq Qarabağ məsələsinə qayıdılması kompleks addımlardır. Politoloq vurğulayıb ki, bu addımlar dünya ictimaiyyətinin münaqişəyə baxşının yenidən, obyektiv formalaşması baxımından olduqca önəmlidir: "Mən əminəm ki, əksər hallarda BMT Baş Assambleyasının 65-ci sessiyasına dəvət alan ölkələrin böyük əksəriyyəti münaqişə, Azərbaycanın mövqeyi, beynəlxalq sistemdəki əhəmiyyəti haqqında kifayət qədər informasiyalara malik olmurlar. Ona görə də hesab edirəm ki, hər dəfə istər prezident, istərsə də diplomatik korpus səviyyəsində mötəbər tribunalardan Azərbaycanın probleminin qabardılması, mövqelərimizin qəti şəkildə bəyan edilməsi məsələyə daha fərqli, ölkəmizin maraqlarına cavab verən münasibətlərin formalaşması baxımından böyük önəm kəsb edir.
Xatırlayırsınızsa, Ermənistan prezidenti Serj Sarkisyan həmin tribundan Azərbaycana qarşı kəskin ittihamlar səsləndirib. Həmin ittihamlar dezinformasiya xarakterli və yalnış fikirlərin formalaşmasına gətirib çıxara bilər. Buna görə də prezident İlham Əliyevin bu istiqamətdə informasiyaları, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsini obyektiv şəkildə çatdırması Azərbaycanın mövqeyinə pozitiv təsir göstərəcək".
Baş Assambleyada aparılan müzakirələrin Dağlıq Qarabağ münaqişənin həlli istiqamətindəki təsiri məsələsinə toxunan E.Mirbəşiroğlu bildirib ki, istər xarici işlər nazirlərinin, istərsə də dövlət başçılarının görüşlərindən sonra BMT bu məsələ ilə bağlı yeni bəyanatlar verir, ən azından ATƏT-in Minsk qrupunun münaqişəyə dair münasibətlərində müəyyən dinamiklik hiss olunur: "Ona görə bu dəfə də ümid etmək olar ki, münaqişə bir daha diqqət mərkəzində olmaqla yanaşı, onun tənzimlənməsi istiqamətində də yeni, dinamik addımlar atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB