Bakıda Ekologiya ilinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 24-27-də "Botanika bağlarının müasir mərhələdə təbii mühafizəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. SİA-nın məlumatına görə, AMEA-nın 65 illiyinə və respublikada keçirilən Ekologiya ilinə həsr olunan konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Biologiya Elmləri Bölməsi və Mərdəkan Dendrarisidir.

 

Konfrans bitkilərin introduksiya və iqlimləşdirilməsi problemləri, Xəzəryanı regionların bitki örtüyü, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və onların genofondunun qorunması, rekreasiyanın müasir problemləri, bitki ehtiyatlarının səmərəli istifadəsi, şəhər ekosisteminin mühafizəsində yaşıllıqların rolu və bitki ekologiyası bölmələri üzrə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə