Bakcell-in stansiyalarinin sayı 2000-i keçib

Bakcell-in stansiyalarinin sayı 2000-i keçib

Bu gün Landmark Plazada Bakcellin mətbuat konfransı keçirildi. Bakcell-in baş icraçı Direktoru xanım İneke Botterin təqdimatı ilə keçirilən konfransda Bakcell-in inkişaf qrafiki ilə yanaşı görüləcək işlər barədə də söz açılıb. SİA-nın məlumatına görə, bu yaxınlarda Bakcell-in aktiv GSM baza stansiyalarının sayı 2000-ə çatıb. O cümlədən abunəçilərin sayı isə 2 milyonu keçib. Mətbuat konfransında bu haqqında kişik video çarx da yayımlanıb. Daha sonra İneke Botter qeyd edib ki, artıq Azərbaycanın bütün yerlərində ötürücü stansiyalar quraşdırılıb. Bu stansiyaların daha da çoxalması gözlənilir. Quraşdırılan stansiyalar sayəsində istifadəçilərin sayının daha da artacağınıda qeyd edən icraçı direktor daha sonra bildirib ki, 1994-cu ildən fəaliyyətdə olan Bakcell artıq dünyanın bir çox ölkələrində istifadə etmək olur.

Sonra İnake Botter qeyd odib ki, bu il öten ilə nisbətən 20 faiz artım müşahidə olunub. O, şirkətin 65 xidmət məntəqəsi olduğunu, bu rəqəmin daha da artacağını bildirib.

Daha sonra o, BlackBerry, data kart, yeni tarif planları, yeni VAS (əlavə dəyər xidmətləri) kimi yeni xidmətlər haqqında danışaraq xidmətlərin daha da inkişaf edəcəklərini qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə