Ermənistanın xarici borcu artmaqda davam edir

Ermənistanın xarici borcu artmaqda davam edir

Ermənistanda 2010-cu ilin ilk 6 ayında ixracat 0.6 milyard dollar, idxalat 2.3 milyard dollar təşkil edib.

SİA-nın News.am-a istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Statistika Komitəsi tərəfindən 22 Sentyabrda açıqlanan məlumatlarda bildirilir ki, ölkənin xarici ticarət borcu böyüməyə davam edərək 1.76 milyard dollar kimi rekord bir səviyyəyə çatıb. Ermənistan bu göstəriciylə MDB və Şərqi Avropa ölkələri içində "qabaqcıl" mövqedədir.

Xarici ticarət borcunun artması Ermənistanda iqtisadi böhranın hələ də davam etdiyini göstərərkən, hökumətin yerli istehsalı gücləndirmık səylərinin fayda vermədiyini də ortaya qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə