Bu gün Gülüstan Sarayında təşkil olunan Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransı öz işini başa vurub
Bu gün Gülüstan Sarayında təşkil olunan Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransı öz işini başa vurub. SİA-nın məlumatına görə, tədbirin sonunda hesabat mətbuat konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası gənclər idman naziri Azad Rəhimov, EPAS-ın prezidenti Jan Luq Janisevski, EPAS məşvərət komitəsinin sədri Predraq Manojloviç, AŞ-ın antidopinq təşkilatının nümayəndəsi Laime Lissavetszki, AŞ-ın idman sahəsinin də daxil olduğu baş direktorluğun direktoru xanım Qabriella Battaini-Draqoni iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Azad Rəhimov bu gün çox vacib gün yaşandığını bildirib. Onun szölərinə görə, ilk dəfədir ki, Azərbaycanda idmana cavabdeh ən yüksək vəzifəli şəxslər bir araya gəliblər: "Azərbaycan belə konfransa ilk dəfədir ki, ev sahibliyi edir və biz bununla fəxr edirik".
Daha sonar EPAS prezidenti Jan Luq Janisevski qeyd edib ki, Avropada son illərdə 600-dən çox idman təbirləri keçirilib və yarışlarda iştirak edən idmançıların vizalarına milyonlarla pul xərclənib. Bu xərclərin azaldılması üçün müzakirələr aparıldığını və razılıq əldə olunduğunu qeyd edən EPAS prezidenti Avropa Şurası ölkələrində bu istiqamətdə məsul şəxslərin əllərindən gələni edəcəyini və nəticədə vizaların verilməsinin asanlaşdırılacağını deyib.
Sonra isə AŞ-nın idman sahəsinin də daxil olduğu baş direktorluğun direktoru xanım Qabriella Battaini-Draqoni bildirib ki, bu vizaların verilməsi yalnız idman nazirlərini deyil, həm də xarici və daxili işlər nazirlərini bir araya gətirməlidir: "Bu işdə siyasi iradə var və ümid edirəm ki, 2 il sonar Serbiyada keçiriləcək konfransda bu problem öz həllini tapacaq".
Konfransda bildirilib ki, idman insanları sağlamlığa və yaxınlaşmağa sövq etsə də burada oyunların satılması, razılaşdırlması, zorakılıq və irqçilik kimi neqativ hallar baş verir. Bu hallara qarşı aşağıdakı 3 tədbirin tətbiq ediləcəyi vurğulanıb:
1- Qabaqlayıcı tədbir
2- Nəzarət və monitorinq tədbirləri
3- Cəzaların tətbiqi tədbiri.
Daha sonar qeyd olunub ki, dopinqə qarşı sıfır dözümlülük əldə edilməlidir. Sonda antidopinq məcəlləsinin təşkil edildiyi, yaxın vaxtlarda qadağan olunmuş maddələrin siyahısının dərc olunacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB