Pakistanın Lahor şəhərində meyvə yüklü maşının partlaması nəticəsində minimum on nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “Associated Press” yazır. Qeyd olunur ki, partlayış nəticəsində yaxınlıqdakı məktəb binası da zərər görüb.
Qeyd edək ki, Lahor şəhəri Pəncab vilayətinin paytaxtı hesab edilir. Bu şəhərdə vəzifəsindən uzaqlaşdırılmış baş nazir Nəvaz Şərifin fəal dəstəkçiləri yaşayır. Pakistanın ali məhkəməsi Şərifi bir sıra cinayətlərdə ittiham edir. Partlayış isə sabiq baş nazirin çərşənbə günü ziyarət etməyi planlaşdırdığı seçki dairəsi yaxınlığında baş verib. Ehtimal olunur ki, partlayışı törədənlər Nəvaz Şərifə fəallaşmaması üçün xəbərdarlıq ediblər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB